Azərbaycan yığması Avstriyada 3 yoxlama oyunu keçirəcək. Fanat.az xəbər verir ki, artıq iki rəqib bəllidi.
Daha doğrusu yığmamızın Avstriyada Kanada ilə qarşılaşacağı iki ölkə arasında razılaşdırılıb. İkinci rəqib böyük ehtimalla Makedoniya olacaq. Hazırda danışıqlar gedir və tərəflər böyük ölçüdə anlaşıb. Üçüncü rəqibin kimliyi isə hələ bəlli deyil.
Qeyd edək ki, yığmamız mayın 23-dən iyunun 4-dək Avstriyada hazırlıq keçəcək.
Fanat.az