Millimizin AÇ arzusu həyata keçmədi

Millimizin AÇ arzusu həyata keçmədi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə yekun vurub. Komandamız bu gün qrupda son oyununu keçirib.

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə yekun vurub.

 

Fanat.Az-ın məlumatına görə, komandamız bu gün qrupda son oyununu keçirib.

 

Stokholmda İsveçin qonağı olan yığmamız qrup ikincisi kimi final mərhələsinə vəsiqəni təmin etmək üçün mütləq qələbə qazanmalı idi. Lakin rəqibinə quru hesabla yenilən komandamız 8 xalla qrupda ikinci yeri tutsa da, final mərhələsinə yüksəlmək arzusu həyata keçməyib.

 

Avropa çempionatının seçmə mərhələsi

VI (sonuncu) tur

 

İsveç - Azərbaycan - 3:0 (25:11, 25:19, 25:16)

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər