Millimizin 10 nəfərlə qalan rəqibə uduzduğu oyun - VİDEO

Millimizin 10 nəfərlə qalan rəqibə uduzduğu oyun - VİDEO

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. Fanat.Az xəbər verir ki, Yaşar Vahabzadənin başçılıq etdiyi komandamız İsrailin qonağı olub.

Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 12-ci dəqiqədə Moti Barsazki açıb. 24-cü dəqiqədə İsrail millisindən Neta Lavi meydandan qovulub. Rəqib azlıqda qalsa da, qol vura bilməyən millimiz əvəzində iki dəfə məyus olub. 37-ci dəqiqədə Elyel Perez, 57-ci dəqiqədə Maksim Plakuscenko fərqlənib. 70-ci dəqiqədə isə Elnur C?f?rov komandamızın təsəlli qoluna imza atıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər