Millimizə yeni məşqçilər təyin olundu

Millimizə yeni məşqçilər təyin olundu
Kata üzrə Azərbaycan milli komandalarının məşqçilər heyətində növbəti təyinatlar olub.
Fanat.Az xəbər verir ki, para-karate və 14-15 yaşlı kata seçmə komandalarının hazırlanması işlərinə təcrübəli idmançılar cəlb edilib.
Bundan sonra böyüklərdən ibarət kata milli komandasının üzvləri İsmayıl Quliyev para-karate üzrə, Tural Balcanlı isə 14-15 yaşlı yeniyetmələrin fərdi kata çıxışları üzrə köməkçi məşqçi işləyəcək.
Xatırladaq ki, kata komandalarının baş məşqçisi Vahid Ayvazov, böyük məşqçisi Vüqar Kərimov, məşqçisi isə Anar Əhmədovdur.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər