Millimizdən 9 qolluq qələbə

Millimizdən 9 qolluq qələbə

Futzal üzrə dünya çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan milli komandası ölkə çempionatının yüksək liqasında çıxış edən klubların üzvlərindən ibarət yığma ilə növbəti yoxlama oyunu keçirib. 

Fanat.Az xəbər verir ki, "ABU Arenada" keçirilmiş qarşılaşma millinin 9:2 hesablı qələbəsi ilə başa çatıb. Tyaqo Telesin het-trik, Fabio Polettonun dubl etdiyi oyunda millinin digər qollarını Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov və Vitali Borisov vurub.

Xatırladaq ki, bu komandalar arasında sentyabrın 1-də keçirilmiş oyun millimizin 8:1 hesablı qələbəsi ilə başa çatıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər