Millimizdən 5 qolluq qələbə

Millimizdən 5 qolluq qələbə

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. Fanat.Az xəbər verir ki, Estoniyanın paytaxtı Tallinndə təlim-məşq toplanışında olan yığmamız bu ölkənin U-19 komandası ilə görüşüb.

 

Matç yığmamızın xeyrinə başa çatıb - 5:2. Bahadur Həziyevin dubl etdiyi qarşılaşmada Elçin Əsədov, Fərid Nəbiyev və Əli Sadıxov hərəyə 1 dəfə fərqlənib.

 

Qeyd edək ki, bu komandalar arasında martın 25-də keçirilmiş yoldaşlıq görüşündə hesab açılmamışdı.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər