Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin növbəti oyunları keçirilir. Fanat.Az xəbər verir ki, Litvada təşkil olunan V qrupunda II turu çərçivəsində millimiz Bosniya və Herseqovina komandası ilə üz-üzə gəlib.
İlk turda Avstriyaya 1:4 hesabı ilə uduzan Nazim Süleymanovun yetirmələri, bu dəfə də meydanı məğlub tərk ediblər 1:2. Bununla da komandamızın qrupdan çıxmaq şansı minimuma enib.
Qeyd edək ki, elit-raunda hər qrupda ilk 2 yeri tutan komandalar və ən yaxşı 3-cü yer sahibi yüksələcək.
AVRO-2017 (U-19)
Seçmə mərhələ
V qrup, I tur
6 oktyabr
15.00 Bosniya və Herseqovina - Azərbaycan 2:1
Qol: Amar Sulyiç, 43, Bencamin Hadziç, 81 - Murad Xaçayev, 68
Hakimlər: Conatan Lardot, Frederik Qodelayn (Belçika), Vitis Snarskis, Manfredas Lukyançiukas (Litva).
Hakim-isnpektor: İvan İşenko (Ukrayna).
Litva, Mariampol. “Mariampol” stadionu.
1. Bosniya və Herseqovina 2 2 0 0 6-2 6
2. Avstriya 1 1 0 0 3-0 3
3. Litva 1 0 0 1 0-3 0
4. Azərbaycan 2 0 0 2 2-6 0
Fanat.Az