Millimiz Superfinala vəsiqə qazandı

Millimiz Superfinala vəsiqə qazandı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) çıxışını başa vurub. 

Fanat.Az xəbər verir ki, seçmə mərhələnin son oyununda İspaniya millisi ilə qarşılaşan komandamız 4:6 hesabı ilə məğlub olsa da, Superfinala vəsiqə qazanıb.

Millimizin heyətində Orxan Məmmədov, Sabir Allahquliyev, Emin Mehdiyev və Comərd Baxşəliyev fərqlənib.

Superfinal 6-11 sentyabr tarixlərində İtaliyanın Algero şəhərində keçiriləcək.

Xatırladaq ki, Azərbaycan yığması seçmə mərhələnin ilk turunda İtaliyaya 3:7 hesabıyla uduzmuş, növbəti turda Almaniyanı yenmişdi - 6:5.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər