Millimiz rusları udub birinci pilləyə yüksəldi

Millimiz rusları udub birinci pilləyə yüksəldi
Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatının 8-ci tur davam edir. Fanat.Az xəbər verir ki, qitə birinciliyində millimiz qadınlar və kişilərdən ibarət komandalarla qatılıb.
 
Yarışın səkkizinci turunda kişilərdən ibarət yığmamız Rusiya, xanım şahmatçılarımız isə Fransa millisi ilə üz-üzə gəlib. Şəhiyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç və Rauf Məmmədovdan ibarət təmsilçimiz rəqibini 3:1 hesabıyla üstələyib. Bu oyuna qədər liderlik edən Rusiya üzərindəki qələbə yığmamızı turnir cədvəlinin birinci pilləsinə qaldırıb. Bu isə sona bir tur qalmış Avropa çempionluğu yolunda ciddi addımdı.
 
Azərbaycanın adından mübarizə aparan zərif cinsin nümayəndələri də fransız xanımlara eyni aqibəti yaşadıb – 3:1.
 
Kişilər
 
Rusiya – Azərbaycan – 1:3
 
1. Aleksandr Qrişuk (2785) – Şəhriyar Məmmədyarov (2791) – 0:1
2. Yan Nepomnyatç (2733) – Teymur Rəcəbov (2741) – 0:1
3. Maksim Matlakov (2730) – Arkadi Naydiç (2702) – 1:0
4. Daniil Dubov (2677) – Rauf Məmmədov (2678) – 0:1
 
Turnir cədvəli: 1. Azərbaycan – 13 xal, 2. Rusiya – 12 xal, 3. Ukrayna – 12 xal
 
 
Qadınlar
 
Fransa – Azərbaycan – 1:3
 
1. Marie Sebaq (2495) – Günay Məmmədzadə (2393) – 0.5:0.5
2. Almira Skripçenko (2399) – Zeynəb Məmmədyarova (2298) – 0:1
3. Silvia Kollas (2288) – Fətəliyeva Ülviyyə (2348) – 0:1
4. Paulino Quşar (2285) – Gülnar Məmmədova (2385) – 0.5:0.5
 
Turnir cədvəli: 1. Rusiya – 15 xal, 2. Gürcüstan – 12 xal, 3. Polşa – 12 xal... 10. Azərbaycan – 9 xal
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər