Millimiz penaltilərlə uduzdu

Millimiz penaltilərlə uduzdu

Bakıda təlim-məşq toplanışını başa vuran çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Su İdman Sarayının ərazisindəki çimərlik meydançasında Səudiyyə Ərəbistanı milli komandası ilə qarşılaşmanın əsas vaxtı 4:4 hesabı ilə nəticələnib.

Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Səudiyyə Ərəbistanı komandası yekunda 5:4 hesabı ilə qələbə qazanıb.

Comərd Baxşəliyevin dubl etdiyi oyunda komandamızın digər qollarını Bayram Paşazadə və Fuad Hüseynov vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər