Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb. Fanat.az xəbər verir ki, Azərbaycan millisi dünya reytinqində bövqeyini qoruyub.
Ötən ay olduğu kimi 10-cu pillədə qərarlaşan komandamız xal ehtiyatını artırıb. 16 xal qazanan millimizin aktivində 1411 xal var. Bu da Hollandiya ilə "DÇ-2016"nın "pley-off" mərhələsinin ilk matçındakı qələbə sayəsində gerçəkləşib.
Komandamızın rəqibi olan Hollandiya isə 1213 xalla 26-cı yerdə qərarlaşıb. “Narıncılar” son 1 ayda 4 pillə geriləyib.
Siyahıya Braziliya başçılıq edir (1919 xal). İspaniya (1910) ikinci, Rusiya (1743) üçüncü pillədə qərarlaşıb.
Fanat.az