17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyununa çıxıb. Fanat.Az xəbər verir ki, Makedoniyada təlim-məşq toplanışında olan seçməmiz bu ölkənin uyğun yaş qrupuna aid millisiylə üz-üzə gəlib.
Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, Skopye toplanışı çərçivəsində tərəflər daha bir sınaq matçında qarşılaşacaq.
Fanat.Az