Millimiz İsveçrəni məğlub etdi

Millimiz İsveçrəni məğlub etdi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində son oyununa çıxıb. 

Fanat.Az xəbər verir ki, yığmamız “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında 13-cü yer uğrunda İsveçrə yığması ilə üz-üzə gəlib.

Matç 6:6 hesabı ilə bitib. Penalti seriyasında daha dəqiq olan millimiz yekunda 5:4 hesabı ilə qələbə qazanıb. Təmsilçimizin heyətində Elşad Manafovla Ramil Əliyev dubl ediblərsə, digər qolları Orxan Məmmədovla, Comərd Baxşəliyev vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər