Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, rəqib Gürcüstanın müvafiq yaş qrupuna aid komandası olub. Qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Qolu Rəvan Məmmədov vurub.
Qeyd edək ki, millimiz bundan əvvəl gürcülərə 2:3 hesabı ilə yenilmişdi.
Fanat.Az