Millimiz Fransanı darmadağın etdi

Millimiz Fransanı darmadağın etdi
Bu gün qadın voleybolçular arasında Avropa Liqasında start verilib. Fanat.az xəbər verir ki, B qrupunda yer alan Azərbaycan yığması ilk görüşünü Fransa millisinə qarşı keçirib.
 
Çernoqoriyada baş tutan görüşdə Faiq Qarayevin yetirmələri rəqibinə set verməyib. İlk hissədə 25:9 hesablı aşkar qələbə qazanan millimiz digər iki setdə çətinliklə üzləşsə də (25:23, 26:24), yekunda qalib gəlməyi bacarıb. 
Qeyd edək ki, qrupumuzun digər görüşündə ev sahibləri İspaniya ilə oynayacaq. 
 
I dövrə
Çernoqoriya
 
B qrupu
3 iyun
 
Azərbaycan - Fransa 3:0 (25:9, 25:23, 26:24)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər