Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının yarımfinal oyunu keçirilib. Fanat.Az xəbər verir ki, U-23 millimiz Əlcəzairlə qarşılaşıb.
A qrupunda keçirdiyi 3 oyunda qapısından top buraxmayan Yaşar Vahabzadənin yetirmələri B qrupundakı mübarizəni lider qismində tamamlayan şimali afrikalıları məğlub etməyi bacarıb.Hər hissəyə bir qol vuran yığmamız adını finala yazdırıb.
Qeyd edək ki, Ddigər yarımfinal matçında A qrupunun lideri Kamerun B qrupunun ikincisi Omanı sınağa çəkəcək.Görüşün start fiti 18:30-da veriləcək.
İslam Həmrəylik Oyunları
Futbol
Yarımfinal
Əlcəzair – Azərbaycan - 0:2
Qol: Ruslan Abışov, 39 ; Məqsəd İsayev, 58
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 7. Coşqun Diniyev, 8. Elşən Abdullayev, 9. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 15. Ruslan Abışov (k), 19 Məqsəd İsayev, 20. Azər Salahlı, 21. Vüqar Mustafayev
Ehtiyat oyunçular: 12. Tərlan Əhmədli, 22. Emil Balayev, 2. Rahil Məmmədov, 3. Azad Kərimov, 4. Adil Nağıyev, 16. Elvin Camalov, 10. Orxan Əliyev, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 17. Mirabdulla Abbasov, 18. Tellur Mütəllimov, 23. Fəhmin Muradbəyli
Baş məşqçi: Yaşar Vahabzadə
"Dalğa Arena"
Fanat.Az