Millimiz Dünya Kubokunun finalında

Millimiz Dünya Kubokunun finalında

Daşkənddə Azərbaycan komandasının iştirakı ilə bədii gimnastika üzrə Dünya Kuboku start götürüb.

Fanat.Az xəbər verir ki, turnirin ilk gününün yekunlarına əsasən, ikinci heyətlə təmsil olunan qrup hərəkətləri komandası beş halqa ilə finala yüksəlib. Leyla Əliyeva, Səkinə İbrahimbəyli, Fatimə Məmmədzadə, Zöhrə Paşazadə, Nərgiz Ramazanova və Fidan Yusifzadədən ibarət komanda üçün bu, mövsümün ikinci Dünya Kubokudur.

Qeyd edək ki, qrup Yunanıstanda keçirilən seriyanın birinci mərhələsində də finalda çıxış edib və orada altıncı olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər