Qazaxıstanın paytaxtı Astanadakı şahmat üzrə komandalararası dünya çempionatında son turun görüşləri keçirilir.
Fanat.Az xəbər verir ki, kişilərin yarışında mübarizə aparan Azərbaycan millisi IX turda Misirlə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb - 2,5:1,5.
Yığmanın heyətindəki Qədir Hüseynov rəqibini məğlub edib. Digər şahmatçılar görüşlərini heç-heçə ilə başa vurub.
8 turdan sonra turnir cədvəlinə 14 xalla başçılıq edən Rusiya millisi vaxtından əvvəl dünya çempionluğunu təmin edib. 8-ci xalını qazanan Azərbaycan yığması isə hələlik mundialda İranla 6-7-ci yerləri bölüşdürür. Qonşu ölkənin ABŞ-la oyunu davam edir. Hələlik Rusiya - Hindistan, İngiltərə - İsveç, Qazaxıstan - Çin görüşləri də başa çatmayıb.
Azərbaycan - Misir 2,5:1,5
Arkadi Naydiç - Bassem Amin 0,5:0,5
Rauf Məmmədov - Əhməd Ədli 0,5:0,5
Qədir Hüseynov - Adam Fevzi 1:0
Eltac Səfərli - Abdulrəhman Heşam 0,5:0,5
Fanat.Az