Millimiz bu gün Belfasta uçur

Millimiz bu gün Belfasta uçur

2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Şimali İrlandiya ilə qarşılaşacaq Azərbaycan millisi bu gün Belfasta yola düşəcək. 

Fanat.Az xəbər verir ki, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv saat 15:00-da Bakı – Belfast çarter reysi ilə səfərə çıxacaq.

Şimali İrlandiyaya 25 futbolçu ilə gedən komandamız oyundan dərhal sonra çarter reysi ilə də geri dönəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər