Millimiz B Liqasına vəsiqə qazandı

Millimiz B Liqasına vəsiqə qazandı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, səfərdə Kipr yığması ilə qarşılaşan millimiz 1:0 hesabı ilə qələbə qazanıb.

Komandamızın heyətində 8-ci dəqiqədə Diana Məmmədova fərqlənib. Millimizin kapitanı Sevinc Cəfərzadə 79-cu dəqiqədə penaltidən yararlana bilməyib.

5 oyundan sonra 13 xal toplayan millimiz qrup liderliyini təmin etməklə UEFA Millətlər Liqasının B liqasına vəsiqə qazanıb. Komandamız qrupda son oyununu dekabrın 5-də Bakıda Farer adaları yığmasına qarşı keçirəcək. Qarşılaşma saat 19:00-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər