Bu gün U-21 millimiz Antalyada daha bir oyun keçirib. Fanat.Az xəbər verir ki, Yaşar Vahabzadənin komandası Almaniyanın aşağı liqa təmsilçisi “Egestorf”la qarşılaşıb.
Yığma 2:4 hesabıyla məğlub olub. Seçməmizin qollarına “milliləşdirilmiş” legionerlər imza atıb. 9-cu dəqiqədə Ali Nuri, bundan 9 dəqiqə sonra Sertan Taşkın fərqlənib.
U-21 daha öncə digər Almaniya klubu “Rot-Vayss Erfurt” (0:0) və Qazaxıstan “Okjetpes”iylə (2:2) üz-üzə gəlmişdi.
Fanat.Az