21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Türkiyədə təşkil olunan Antalya Kubokunda dördüncü matçına çıxıb. Fanat.az xəbər verir ki, Yaşar Vahabzadənin çalışdırdığı millimiz bu dəfə Bəhreynin U-20 komandası ilə qarşılaşıb.
Futbolçularımız bundan öncəki bütün oyunlarında qalib gəlmişdi. Ukraynanı 2:1 hesabıyla məğlub edən komandamız Səudiyyə Ərəbistanı (3:0) və Albaniyanı da (4:0) darmadağınla üstələmişdi. Bu dəfə də qalib gələcəyi halda millimiz vaxtından öncə Antalya Kubokunun qalibi adını qazanacaqdı. Gözlənildiyi kimi, futbolçularımız bu görüşdən də inamlı qələbə ilə ayrılmağı bacarıblar. Nəticədə, son bir tur qalmış U-21 yığmamız turnirin qalibi olub.
Antalya Kuboku
28 yanvar
Azərbaycan - Bəhreyn 4:0
Qollar: Taşkın İltər, 5. Elnur Cəfərov, 24. Ruslan Nəsirli, 79. Abbas Hüseynov, 83.
Azərbaycan: Tərlan Əhmədli, Məqsəd İsayev, Adil Nağıyev, Sadiq Quliyev, Rahil Məmmədov, Azər Salahlı, Vüqar Mustafayev, Kamal Mirzəyev, Elnur Cəfərov, Taşkın İltər, Ruslan Nəsirli.
Fanat.az