Millimiz AÇ-nin əsas mərhələsində iştirak edəcək

Millimiz AÇ-nin əsas mərhələsində iştirak edəcək

Eşitməqüsurlu futzalçılardan ibarət Azərbaycan milli komandası final mərhələsi 2022-ci ildə İtaliyada təşkil olunacaq Avropa çempionatının əsas seçmə mərhələsində çıxış edəcək.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 17-19 dekabr tarixlərində İsveçin Göteburq şəhərində təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz B qrupunda Çexiya, İsveç və Uels komandaları ilə mübarizə aparacaq.

Millimizin oyunlarının təqvimini diqqətinizə çatdırırıq:   17 dekabr Çexiya – Azərbaycan   18 dekabr İsveç – Azərbaycan   19 dekabr Azərbaycan - Uels

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər