Dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, ölkə çempionatının yüksək liqasında çıxış edən klubların üzvlərindən ibarət yığmayla qarşılaşan milli 8:1 hesabı ilə qələbə qazanıb.
Bu matçda Tyaqo Teles Martins dubl edib, Ramiz Çovdarov, Joze Poletto, Eduardo, İsa Atayev, Rizvan Fərzəliyev və Villiams hərəyə bir dəfə fərqlənib.
Komandalar arasında növbəti oyun sentyabrın 3-də, saat 21.00-da, "ABU Arena"da keçiriləcək.
Fanat.Az