Millimiz 6 qol vurub uduzdu

Millimiz 6 qol vurub uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan millisi FİFA Dünya Kuboku-2017 turnirində ikinci oyununu keçirib. Fanat.Az xəbər verir ki, İtaliyanın Yezolo şəhərində təşkil olunan Avropa komandaları arasında seçmə mərhələnin növbəti raundunda yığmamız İsveçrə ilə qarşılaşıb.

 

Dünən İspaniya üzərində 4:2 hesablı qələbə qazanan yığmamız bu dəfə meydanı başıaşağı tərk edib. Komandamız rəqib qapısından 6 top keçirsə də, bu, məğlubiyyətə mane olmayıb. Asif Zeynalovun 2, Amid Nəzərov, İlkin Hacıyev, Sabir Allahquliyev və Renat Sultanovun hərəyə 1 qol vurduğu qarşılaşmada İsveçrə 7:6 hesablı qalibiyyətə sevinib. Qrupun digər oyununda İspaniya Türkiyə üzərində 8:2 hesablı qələbəyə sevinib.

 

Qeyd edək ki, yığmamız növbəti matçını sabah Türkiyəyə qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14.45-də başlayacaq.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər