“Milliləşdirilmiş” idmançımız finişə çata bilmədi

“Milliləşdirilmiş” idmançımız finişə çata bilmədi
Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner uğursuzluqla üzləşib.
Fanat.Az xəbər verir ki, dağ xizəkçiliyinin slalom növü üzrə mübarizə aparan avstriyalı idmançı yıxıldığı üçün finişə çata bilməyib.
Yarışın birinci keçidində iştirak edən 106 idmançıdan 52-si finişə çatıb. Onlar medalçıların müəyyənləşəcəyi ikinci keçidə qatılacaqlar.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər