Güləş üzrə Azərbaycan milli komandalarının heyəti müəyyənləşib.
Fanat.Az xəbər verir ki, fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada təşkil olunacaq Avropa çempionatında ölkəmizi təmsil edəcək idmançıların adları bəlli olub.
Yığmaların heyəti Olimpiya Güləş Mərkəzində təşkil təlim-məşq toplanışı çərçivəsindəki açıq məşq zamanı açıqlanıb.
Sərbəst güləş: Əfqan Xaşalov (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Ağahüseyn Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Abubakr Abakaraov (86 kq), Aslanbek Alborov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq), Camaləddin Məhəmmədov (125 kq).
Qeyd edək ki, sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız qitə birinciliyinə Bakıda, qadınlardan ibarət millimiz isə Türkiyənin Ədirnə şəhərində hazırlaşır.
Fanat.Az