Millidə məşqçi dəyişikliyi: Ağatahir U-19-dan uzaqlaşdırıldı

Millidə məşqçi dəyişikliyi: Ağatahir U-19-dan uzaqlaşdırıldı

Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir. 

Fanat.Az xəbər verir ki, komandanın hazırlıq prosesinə U-17-nin baş məşqçisi İlqar Aslanov rəhbərlik edir. 

Buna səbəb U-19-un baş məşqçisi Ağatahir Əzimovun səhhətində problemlərin yaranmasıdır. O, yaxın günlərdə cərrahiyyə əməliyyatı olunacaq. Komandanı AÇ-nin oyunlarına da İlqar Aslanov çıxaracaq.

Qeyd edək ki, U-19 əsas mərhələdə Bosniya və Herseqovina, Fransa və Yunanıstanla eyni qrupda yer alıb. Bu qrupun oyunları martın 21-dən 26-dək Bosniya və Herseqovinanın Siroki Briyeq şəhərində keçiriləcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər