Futbol üzrə Litvanın ikinci liqasında üzücü hadisə yaşanıb. Fanat.az xəbər verir ki, "Palanqa" ilə "Dainava" komandaları arasında keçirilən qarşılaşmada birincilərin futbolçusu Kestutis İvaskeviciusun ürəyi dayanıb.
"Palanqa"nın yarımmüdafiəçisi dərhal xəstəxanaya çatdırılıb. Nəticədə oyun 12-ci dəqiqədən təxirə gedib. Futbolçunun komandan ayılmadığı bildirilir.
Qeyd edək ki, Litva millisinin üzvü olan cari mövsümdə "Palanqa" forması ilə iki oyunda iştirak edib.
Fanat.az