Həndbol üzrə Əfqanıstan millisinin üzvü Zübeyir Azizi faciəvi şəkildə vəfat edib. Fanat.az xəbər verir ki, idmançı miqrant faciəsinin qurbanı olub.
Belə ki, Avropaya miqrasiya etmək istəyən qaçqınları daşıyan gəmi Ege dənizində batıb. Nəticədə gəmidə olan Zübeyir Azizi, həyat yoldaşı və oğlu da həlak olub.
Fanat.az