Millətlər Liqası: İspaniyadan ilk qələbə, Gürcüstan yenə darmadağına sevindi

Millətlər Liqası: İspaniyadan ilk qələbə, Gürcüstan yenə darmadağına sevindi

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində III tura start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə ümumilikdə 9 matç oynanılıb.

A Liqasının 2-ci qrupunda Portuqaliya evdə Çexiyanı, İspaniya səfərdə İsveçrə məğlub edib. Bu nəticələrdən sonra ilk qələbəsini qazanan İspaniya 2-ci pilləyə yüksəlib. 

B Liqasının 4-cü qrupunda Sloveniya Norveçlə "sülh bağlayıb", Serbiya isə İsveçi üstələyib. C Liqasında baş tutan 4 görüşdən 3-də qələbə qazanan komandalar 3 qol vurub. Bu mənada qonşu Gürcüstanın ardıcıl üçüncü oyununda da böyük hesabla qalib gəlməsi diqqət çəkir.  

UEFA Millətlər Liqası

III tur

A Liqası

2-ci qrup

Portuqaliya - Çexiya 2:0 Qollar: Kanselu, 33, Qedeş, 38

İsveçrə - İspaniya 0:1 Qol: Sarabiya, 13

Xal durumu: Portuqaliya - 7, İspaniya - 5, Çexiya - 4, İsveçrə - 0.

B Liqası

4-cü qrup

Norveç - Sloveniya 0:0

İsveç - Serbiya 0:1 Qol: Yoviç, 45+3

Xal durumu: Norveç - 7, Serbiya - 6, İsveç - 3, Sloveniya - 1

C Liqası

2-ci qrup

Kosovo - Şimali İrlandiya 3:2 Qollar: Muriki, 9, 52, Byütyüki, 19 - Leyveri, 45, Ballard, 83

Yunanıstan - Kipr 3:0 Qollar: Bakasetas, 8, Pavlidis, 20, Limnios, 48

Xal durumu: Yunanıstan - 9, Kosovo - 6, Şimali İrlandiya - 1, Kipr - 1

C Liqası

4-cü qrup

Cəbəllütariq - Bolqarıstan 1:1 Qollar: Uoker, 61 - Minxev, 45+1

Şimali Makedoniya - Gürcüstan 0:3 Qollar: Zivzivadze, 52, Kvaratsxeliya, 62, Kiteişvili, 84

Xal durumu: Gürcüstan - 9, Şimali Makedoniya - 4, Bolqarıstan - 2, Cəbəllütariq - 0

D Liqası

2-ci qrup

Malta - Estoniya 1:2 Qollar: Eyn, 56-öz qapısına - Vasilyev, 21, Anier, 90+4

Xal durumu: Estoniya - 6, Malta - 3, San Marino - 0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər