Meza Kolli "Keşlə"dən ayrıldı

Meza Kolli "Keşlə"dən ayrıldı
"Keşlə" ilə müqaviləsi başa çatan Sezar Meza Kolli komandadan ayrılıb.
Fanat.Az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi bu barədə öz İnstaqram səhifəsində paylaşım edib.
"Keşlə"dəki oyununun videogörüntülərini paylaşan futbolçu "Sağ ol, "Keşlə" yazıb və bununla da komanda ilə vidalaşıb.
Qeyd edək ki, karyerasında 3 dəfə "Keşlə"də çıxış edən 29 yaşlı futbolçu sonuncu dəfə 2020-ci ildə bu komandaya keçmişdi. Onunla "Neftçi" yaxından maraqlanır.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər