Meydana axışan "Hamburq" fanatları şok yaşadılar - VİDEO 

Meydana axışan "Hamburq" fanatları şok yaşadılar - VİDEO 

Almaniyanın əsas Bundesliqasında olduğu kimi, ikinci Bundesliqada əsl dram yaşanıb.

Fanat.Az xəbər verir ki, "Hamburq"un "Zandhauzen"ə 1:0 hesabı ilə qalib gəlməsindən sonra fanatlar komandanın elitaya qayıdışını qeyd etmək üçün meydana çıxıblar. 

"Şəhərlilər"in vəsiqə uğrunda əsas rəqibi olan "Haydenhaym"ım paralel oyunda məğlub olduğunu eşidən fanatlar artıq qapı torunu suvenir kimi saxlamaq üçün qayçı ilə kəsməyə başlayıblar.

Ancaq "Haydenhaym"ın matçında hakim əsas vaxta 11 dəqiqə əlavə edib ki, nəticədə bu komanda 90+3-cü və 90+9-cu dəqiqlərdə 2 qol vurmaqla geridönüş (3:2) edib və ikinci Bundesliqanın turnir cədvəlində üçüncü pillədən liderliyə yüksəlib.  

Üçüncü yerə düşən "Hamburq" isə pley-offda "Ştutqart" ilə qarşılaşacaq. Son 4 mövsümü ikinci Bundesliqada çıxış edən "dinozavrlar"ın axırıncı belə təcrübəsi 2021/2022-yə təsadüf edib. Həmin vaxt "Hamburq"un elitaya vəsiqə qazanmasına "Herta" mane olub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər