Meydan sahiblərindən qələbə qazanan olmadı

Meydan sahiblərindən qələbə qazanan olmadı

Bu gün futbol üzrə Azərbaycan I Divizionunda 9-cu turun görüşləri start götürüb.

Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə 3 görüş baş tutub.

MOİK və "Qəbələ-2" komandalarının duelində 6 qol vurulub. Bölgə təmsilçisi Bakıda inamlı qələbə qazanıb.  "Turan Tovuz-2" "Mingəçevir"lə görüşdə 3 xalı 3 qolla əldə edib.  "Qaradağ Lökbatan"la "Zirə-2" kollektivlərinin duelində isə qapılara qol vurulmayıb.

Turun qalan oyunları sabah keçiriləcək. 

I Divizion 

IX tur

25 oktyabr 

MOİK – “Qəbələ-2” 2:4 Qollar: İlham Allahverdiyev, 33, 71 - Fərid İsgəndərov, 5, Süleyman Damadayev, 56, Rauf Məhərrəmov, 56-pen, Əli Mürsəlov, 90+4    Hakimlər: İslam Məmmədov, Şirmamed Mamedov, Orxan İbişov, Kamil Aydınov Hakim-inspektor: Vüsal Əliyev Binə qəsəbə stadionu, 14:00 (canlı/pfl.az)

“Mingəçevir” – “Turan Tovuz-2” 0:3 Qollar: Vüsal Məsimov, 30, Elçin Qasımov, 41, Akif Tağıyev, 76  Hakimlər: Emin Əliyev, Rasim Axundov, Anar Bədəlov, Tural İbrahimov Hakim-inspektor: Əmrah İbrahimov Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:30 (canlı/pfl.az)

“Qaradağ Lökbatan” – “Zirə-2” 0:0 Hakimlər: Elvin Bayramov, Ruslan Quliyev, Asif Abdullayev, Əkbər Əhmədov Hakim-inspektor: Munis Abdullayev Lökbatan OİK stadionu, 14:30

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər