Mətbuat konfransı və açıq məşqin vaxtı açıqlandı

Mətbuat konfransı və açıq məşqin vaxtı açıqlandı

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya – Azərbaycan oyunu öncəsi baş tutacaq mətbuat konfransı və açıq məşqin vaxtı açıqlanıb. 

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 11-də keçiriləcək matçdan bir gün öncə baş məşqçimiz Robert Prosineçki mətbuat nümayəndələrinin önünə çıxacaq.

                                          

Xorvatiyalı mütəxəssis bu gün saat 22:15-də jurnalistlərin suallarını cavablandıracaq. Saat 22:45-də isə yığmamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi start götürəcək. 

Qeyd edək ki, mətbuat konfransı və açıq məşq Ostrava şəhərindəki Vitkovitse stadionunda keçiriləcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər