Məsut Özil Ərdoğanı toyuna çağırdı

Məsut Özil Ərdoğanı toyuna çağırdı
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "Arsenal"ın futbolçusu Məsut Özil və nişanlısı, Türkiyə gözəli Əminə Gülşəni qəbul edib.
Fanat.Az xəbər verir ki, dövlət başçısı Atatürk hava limanında qəbul etdiyi cütlüklə bir müddət söhbət edib. Məsut-Əminə cütlüyü Ərdoğana toy dəvətnaməsi verib. 
Qəbul vaxtı Yeni Zelandiyadakı terror hücumu və Türkiyənin gündəmi müzakirə edilib. Özil terror hücumunu qınayıb. Söhbətdən sonra Məsut və Gülşə Ərdoğanı toylarına dəvət ediblər və ona dəvətnamə veriblər.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər