AFFA-nın keçirdiyi“D” kateqoriyalı məşqçi kursları başa çatıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın dəstəyi və milli assosiasiyanın təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində baş tutub. Kursun sonuncu günündə iştirakçılara lisenziyalar təqdim olunub. Lisenziyaları Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev iştirakçılara veriblər.