Sloveniya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Fanat.az xəbər verir ki, Samir Məsimovun çıxış etdiyi "Domjale" evdə "Selye" ilə münasibətlərə aydınlıq gətirib.
Hər iki oyunun nəticəsinə görə futbolçumuzun komandası kubokla vidalaşmalı olub. Belə ki, səfərdə 0:1 hesabı ilə uduzan "Domjale" evdə də eyni aqibətlə üzləşib - 0:1.
Qeyd edək ki, Məsimov oyuna start heyətə başlasa da, fasilədə əvəzlənib.
Fanat.az