İranın "İstiqlal" klubunun təmsilçisi Emir Sultani Fatih Terimlə İstanbulda görüşərək baş məşqçi postunu ona təklif edib. Fanat.Az xəbər verir ki, klub rəsmisi bu barədə İranın rəsmi xəbər agentliyi "Tasnim"ə açıqlama verib.
"Fatih Terim "İstiqlal"ın təklifidən məmuniyyət hissi keçirdiyini bildirdi və təbii olaraq bəzi tələblər irəli sürdü. Mən onun tələblərini klubumuzun rəhbəri Rza İftixariyə çatdırdım. Son qərar yaxın günlərdə veriləcək. Fatih Terim dünyanın ən yaxşı müsəlman baş məşqçisidi. Onun kimi önəmli bir mütəxəssisin İran futbolunda olması həm texniki, həm də iqtisadi baxımdan komandamıza xeyir verəcək. Fatih Terimə yüksək maaş ödəməli olduğumuzu nəzərə almışıq. Bu vəsaiti tanıtım gəlirlərindən və başda "Qalatasaray" olmaqla türk klubları ilə keçiriləcək yoldaşlıq oyunlarından əldə olunacaq gəlirlər hesabına formalaşdıra bilərik" deyə Emir Sultani bildirib.
Fanat.Az