Ötən gün Brüsseldə terror aktı törətmiş İŞİD üzvü Nəcim Laşrouinin qardaşının bu ölkənin milli taekvondoçusu olduğu məlum olub. Bu barədə İngiltərənin "Daily Mail" qəzeti məlumat yayıb.
Xəbərə görə, Laşrouinin qardaşı Muradla aralarında heç də yaxşı münasibətlər olmayıb. Fars əsilli ailəsi də Laşrouinin fanatik fikirləri və hərəkətlərindən utanır.
Ailə polisə açıqlamasında oğullarının bomba hazırlamaqla məşğul olduğunu bildiklərini deyib. Atası üç ildir ondan xəbər almadıqlarını deyib. N.Laşroui ailənin 6 övladından biri olub. Qardaşı Murad isə ötən il Cənubi Koreyada təşkil olunan dünya çempionatında 54 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb.(Publika.az)
Fanat.az