Mənsimovun qızının toyu: kiminlə quda oldu? - FOTO/VİDEO

Mənsimovun qızının toyu: kiminlə quda oldu? - FOTO/VİDEO

Mənsimovlar ailəsində xoş hadisə baş verib. 

Fanat.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qardaşı, şirkətin Bakı ofisinin və “PAL süd”ün rəhbəri, "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimovun qızının toyu olub.

Toy Türkiyədə Çırağan sarayında baş tutub. Mais Mənsimovun qızı Zümrüd Azərbaycanın tanınmış iş adamlarından olan, Zülfüqarlı qardaşlarından biri, “Sönmezler Metal” şirkətinin rəhbəri Loğman Zülfüqarlının oğlu Şahinlə ailə həyatı qurub.

Toyda  500 nəfər iştirak edib. Azərbaycanlı və türkiyəli rəsmi şəxslər arasında AKP sədrinin köməkçisi Mehdi Aker də olub.

Mərasimdə Murad Boz, Hadisə  və bir sıra məşhur ulduzlar çıxış edib.

Dəbdəbəli toy mərasimindən bəzi fotoları təqdim edirik.

Mənsimovlar ailəsində xoş hadisə baş verib. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər