Başlayaq başlanğıcdan... Gənclər arasında Olimpiya Oyunlarının Təşkilat Komitəsinin qərarının ardından Azərbaycan Futzal Federasiyasının rəhbərliyi assosiasiyanın baş katibi Elxan Məmmədovun "xeyir-duasıyla” 17 yaşlıların yığmasını formalaşdırmağı Fuad Rzayevin boynuna yüklədi. Rzayevi "qamçılamaq” lətifəsi gənc mütəxəssisdən uzaq, atı qoyub çula döymək olar. Nə etməliydi ki? Adama əmr veriləndə təsnifat mərhələsinin oyunlarının başlamasına təxminən bir ay vaxt qalırdı. Bu müddətdə heç özüllü-sütunlu komandanı yarışa hazırlamaq olmaz. Ordan-burdan tapılan uşaqlardan milli düzəldib yolladılar Slovakiyaya... Kimləri? Ölkə klublarının aşağı yaş qruplarında ayağı top tutan futbolçuları... Düzdü, aralarında barmaqla sayılacaq qədər dizi parket görmüşlər də var idi. Amma Slovakiyada 2-3 güllə bahar olmayacağı öncədən bəlliydi.