Məmmədyarovun Karlsenlə görüşünün vaxtı müəyyənləşdi

Məmmədyarovun Karlsenlə görüşünün vaxtı müəyyənləşdi

 "Meltwater Champions Chess Tour" seriyasının sabah start götürəcək final mərhələsində mübarizə aparacaq Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun oyunlarının təqvimi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster 8 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə təşkil olunacaq yarışda ilk görüşünü hindistanlı Rameşbabu Praqqnanandhaya qarşı keçirəcək. 

Məmmədyarovun oyunlarının cədvəli aşağıdakı kimidir:

14 noyabr. Rameşbabu Praqqnanandha (Hindistan) - Şəhriyar Məmmədyarov 15 noyabr. Şəhriyar Məmmədyarov - Yan-Kşiştof Duda (Polşa) 16 noyabr. Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov 17 noyabr. Şəhriyar Məmmədyarov - Arcun Eriqaysi (Hindistan) 18 noyabr. Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov 19 noyabr. Aniş Giri (Niderland) - Şəhriyar Məmmədyarov 20 noyabr. Şəhriyar Məmmədyarov - Le Quanq Liem (Vyetnam)

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər