Məmmədyarov Rəcəbovu qabaqladı

Məmmədyarov Rəcəbovu qabaqladı
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
 
Fanat.Az xəbər verir ki, bu barədə FIDE-nin rəsmi saytı məlumat yayıb. 
 
İlk "10-luq"da yer alan 2 təmsilçimizdən Şəhriyar Məmmədyarov 2 770 xalla 4 pillə irəliləyərək 7-ci sıraya yüksəlib. Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 2 765 xalla 1 pillə geriləyib və 10-cu yerdə qərarlaşıb.
Qədir Hüseynov 2665 xalla 73-cü, Nicat Abbasov 2664 xalla 75-cidir. Onların hər ikisi 2 pillə geriləyiblər. 2 654 xalı olan Rauf Məmmədov isə 91 - 93-cü yerləri bölüşdürür. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər