Məmmədyarov 210 min dollarlıq turnirdə mübarizə aparacaq

Məmmədyarov 210 min dollarlıq turnirdə mübarizə aparacaq

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində iştirak edəcək.

Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeysterlə birlikdə turnirdə səkkiz şahmatçı mübarizə aparacaq. Digər iştirakçılar norveçli dünya çempionu Maqnus Karlsen, Uesli So (ABŞ), Aniş Giri (Niderland), Yan-Kşiştof Duda (Polşa), Arcun Eriqaysi, Rameşbabu Praqqnanandha (hər ikisi Hindistan), Le Kuanq Liemdir (Vyetnam).

Yarış 14 - 20 noyabrda baş tutacaq. Mükafat fondu 210 000 ABŞ dollarıdır.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci yeri tutub

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər