Bir müddətdir ki, "Barselona"dan ayrılması gündəmdə olan Memfis Depayın durumu Avropa mətbuatının əsas müzakirə mövzularındandır.
Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "Mançester Yunayted"in niderlandlı ulduzla danışıq aparması haqda dolaşan məlumatlar həqiqəti əks etdirmir. Kataloniya təmsilçisinin baş məşqçisi Xavinin sözügedən hücumçuyla bağlı mövqeyini dəyişmədiyi, "Barsa" bosslarının isə yeni təkliflərə açıq olduğu vurğulanıb.
Qeyd edək ki, Xavi bu mövsüm Depaya bir oyunda belə, şans verməyib.
Nihat