Meksika Qran-Prisini Ferstappen qazandı

Meksika Qran-Prisini Ferstappen qazandı

"Formula 1" üzrə Meksika Qran-Prisi başa çatıb.

Fanat.Az xəbər verir ki, Mexiko avtodromunda keçirilən yarışın qalibi "Red Bull" pilotu Maks Ferstappen olub.

"Mercedes" sürücüsü, 7 qat dünya çempionu Lüis Hemilton ikinci, "Red Bull"un digər pilotu Serxio Peres üçüncü yeri tutub.

Beləliklə, Ferstappen 312,5 xalla liderliyini möhkəmlədib. Hemilton 293,5 xalla ikinci, "Mercedes"in digər pilotu Valtteri Bottas isə 185 xalla üçüncüdür. 

Konstruktorlar Kubokunda "Mercedes" 478,5 xalla liderliyini davam etdirir. "Red Bull" 477,5 xalla ikinci, "Ferrari" 268,5 xalla üçüncüdür.

Qeyd edək ki, növbəti Qran-Pri 12 - 14 noyabrda Braziliyada təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər