Məhəmməd Əlinin nəvəsindən növbəti nokaut

Məhəmməd Əlinin nəvəsindən növbəti nokaut

Əfsanəvi boksçu Məhəmməd Əlinin nəvəsi Əli Niko Əli Uolş ardıcıl 6-cı döyüşündə qalib gəlib.

Fanat.Az xəbər verir ki, 22 yaşlı amerikalı boksçu həmyerlisi Reyes Sançeslə üz-üzə gəlib. Uolş 2-ci raundda rəqibini nokauta salıb.

Əli Uolş peşəkar rinqdə təqribən bir il əvvəl babasının məşhurlaşdığı ağ "Everlast" şortları ilə debüt edib. O, indiyədək 6 döyüş keçirib və bunlardan 5-də rəqiblərini nokautla yenib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər