"Mehdiabad" 1/8 finala yüksəldi

"Mehdiabad" 1/8 finala yüksəldi

Mehdiabad qəsəbəsini təmsil edən "Mehdiabad" klubu Gənclər və İdman Nazirliyinin, Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, AFFA-nın dəstəyi ilə Bakı qəsəbə və kəndlərin 2012-13 cür il uşaqların minifutbol turnirinin qrup mərhələsini uğurla başa vurub.

Fanat.Az xəbər verir ki, turnirdə 8 qurup olmaqla 32 komanda iştirak edir.

G qrupunda mübarizə aparan "Mehdiabad" klubu "Göradil" komandası ilə heç-heçə oynayıb (1:1), "Məhəmmədi" komandasına qalib gəlib (4:1), "Aşağı Güzdək" komndası ilə bərabərliyə qalıb (0:0). Nəticələrə görə qrupdakı oyunları birinci yerlə başa vuran "Mehdiabad" 1/8-də ilk oyununu aprelin 21-i "Biləcəri" komandasına qarşı keçirəcək. 

Oyun 13:00-da Bakı Olimpiya Stadionunun minifutbol meydançasında baş tutacaq.

youtu.be/2LuXltgD6DE?si=xHk2ToQOeWF0lhhI

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər