Mbappe ilk önəmli matçı buraxacaq - Səbəb

Mbappe ilk önəmli matçı buraxacaq - Səbəb

PSJ mövsümün ilk rəsmi oyununda ulduz futbolçu Kilian Mbappenin xidmətindən yararlana bilməyəcək.

Fanat.Az xəbər verir ki, gənc hücumçu Fransa Superkubokunda "Nant"la oyunda iştirak etməyəcək. 

Məlumatı jurnalist Adrien Grenye yayıb. 

PSJ-nin hücumçusu matçı cəza səbəbindən buraxacaq. Belə ki, Mbappe iyulun 31-də Təl-Əvivdə, "Blumfild" stadionunda keçiriləcək görüşü 2021/2022 mövsümündə aldığı sarı vərəqələrə görə buraxacaq.

Mbappe bir müddət öncə PSJ ilə müqaviləsinin müddətini 2025-ci ilin yayına qədər uzadıb. O, ötən mövsüm Paris təmsilçisində keçirdiyi 46 oyunda 39 qol vurub, 26 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər